Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Daxili İşlər Nazirliyi (DİN)

Oğurluq edən 5 nəfər saxlanıldı

Oğurluq edən 5 nəfər saxlanıldı

Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək avtomobilindən akkumulyatorun oğurlanmasını bildirib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar – 37 yaşlı A.Quliyev və 39 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıblar.

Vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olundu

Vətəndaşların mal-qarasını ələ keçirən şəxs həbs olundu

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında həyata keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Elmin Sutayev saxlanılıb. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, o, zərərçəkənlərin iri və xırdabuynuzlu mal-qarasını dələduzluq yolu ilə alıb, həmçinin rayon sakininə digər həqiqətə uyğun olmayan vədlər verib.

Paytaxtda 5 kq narkotik vasitə aşkarlandı

Paytaxtda 5 kq narkotik vasitə aşkarlandı

  Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilir ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 35 yaşlı Bakı şəhər sakini Orxan Müslümov saxlanılıb.

Ötən gün 10 avtomat, 79 tüfəng aşkarlanıb

Ötən gün 10 avtomat, 79 tüfəng aşkarlanıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə Primeinfo.az-a DİN-dən məlumat verilib. Yanvarın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 4 qumbara, 6 alışdırıcı, 79 tüfəng, 7 patron darağı və 571 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Polis Akademiyası işə qəbul elan etdi

Polis Akademiyası işə qəbul elan etdi

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasında professor-müəllim (mülki) heyəti və mütəxəssis vəzifələri üzrə vakant yerlərə işə qəbul aparılır. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb. O bildirib ki, Akademiyaya hüquqşünaslıq və ya informasiya təhlükəsizliyi sahəsi üzrə tam ali təhsili olan, yüksək bilik səviyyəsinə malik, elmi-pedaqoji fəaliyyətlə məşğul olan, Azərbaycan dilini sərbəst bilən vətəndaşlarımızın qəbulu elan edilir.

Oğuzda ağacları kəsən şəxs saxlanıldı

Oğuzda ağacları kəsən şəxs saxlanıldı

Oğuz rayonunun Padar kəndində palıd növündən olan ağacların kəsilməsi ilə bağlı istintaq araşdırmaları aparılır. DİN Mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən Keyti Həsənov saxlanılıb. Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İtkin düşən 38 yaşlı qadın axtarılır - FOTO

İtkin düşən 38 yaşlı qadın axtarılır - FOTO

Yanvarın 14-də Sumqayıt şəhəri ərazisində sağlamlıq imkanları məhdud olan 38 yaşlı Xəyalə Kərimova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. “Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin (+994) 50 622-00-08 və (+994)55 429-03-60 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.

Tanışından “brend saat” aldı, saxta çıxdı

Tanışından “brend saat” aldı, saxta çıxdı

Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb. Zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən “brend marka” adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orijinal olmadığı ortaya çıxıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Avtoxuliqanlıq edən şəxs 1 aylıq həbs olundu- VİDEO

Avtoxuliqanlıq edən şəxs 1 aylıq həbs olundu- VİDEO

Qusarda narkotiklərin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib. Primeinfo.az xəbər verir ki, Qusar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydaları kobud şəkildə pozaraq avtoxuliqanlıq edən daha bir sürücü – 28 yaşlı Tural Qasımov saxlanılıb. Onun idarə etdiyi “VAZ 2106” markalı 38-BX-530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğu təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Sosial şəbəkədə 150-dən çox profilə müdaxilə edən haker həbs olundu - VİDEO

Sosial şəbəkədə 150-dən çox profilə müdaxilə edən haker həbs olundu - VİDEO

Sosial şəbəkədə müxtəlif şəxslərin profillərinin oxşarını yaradaraq onların dostluğunda olan vətəndaşlara banklar adından həqiqətə uyğun olmayan informasiyalar göndərən və bu yolla çoxsaylı onlayn dələduzluqlar etməkdə şübhəli bilinən şəxs həbs olunub. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-texniki tədbirlərlə qanunsuz əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş, 23 yaşlı Zaur Teymurxanov saxlanılıb.