Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Daxili İşlər Nazirliyi (DİN)

MDB Daxili İşlər Nazirləri Düşənbədə toplanacaq

MDB Daxili İşlər Nazirləri Düşənbədə toplanacaq

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirlikləri Rəhbərləri Şurasının növbəti iclası 2026-cı ildə Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, toplantıda MDB məkanında cinayətkarlığa qarşı birgə proqramların icrası, təhlükəsizlik sahəsində əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi kimi məsələlər müzakirə olunacaq.

Müxtəlif cinayətlərdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Müxtəlif cinayətlərdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Yanvarın 3-də və 4-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 8, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

DİN 14 şübhəlini saxladı

DİN 14 şübhəlini saxladı

Yanvarın 2-də ölkə ərazisində qeydə alınan 21 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 2 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edilib ki, narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 4 fakt müəyyən edilib.

Qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Yanvarın 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 3 tüfəng, 1 patron darağı və 5 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bakıda məhkumun həbsindən əvvəl gizlətdiyi avtomat aşkarlandı

Bakıda məhkumun həbsindən əvvəl gizlətdiyi avtomat aşkarlandı

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib. Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyindən bildirilib. Qeytd edilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilmiş 1 ədəd nömrəsi silinmiş “AKS-74” tipli “Kalaşnikov” markalı avtomat silah, 1 ədəd ona məxsus daraq və 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.

Azərbaycanda itkin düşən 5 nəfər tapılıb

Azərbaycanda itkin düşən 5 nəfər tapılıb

İtkin düşən 5 nəfər tapılıb. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, dekabrın 31-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə, itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Polis qanunsuz saxlanılan odlu silah-sursat aşkar edib

Polis qanunsuz saxlanılan odlu silah-sursat aşkar edib

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunub. DİN-in mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 87 tüfəng, 11 patron darağı və 44 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bayram günü cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Bayram günü cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, dekabrın 31-də ölkə ərazisində qeydə alınan 19, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Ötən gün pirotexniki vasitələr satan 12 nəfər saxlanılıb

Ötən gün pirotexniki vasitələr satan 12 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 12 nəfər müəyyən olunaraq saxlanılıb.