İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-də keçirilən kollegiya iclasında deyilib. Bildirilib ki, ümumilikdə 5 199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1 079 döyüş silahı, 2 183 mərmi və 220 mindən çox patron aşkarlanıb.
Ötən il Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər törətmiş 1 033 nəfər tutulub. Primeinfo.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib. Nazir bildirib ki, hesabat dövründə 214 kriminal qrup zərərsizləşdirilib.
Ötən il pornoqrafik materiallar yayan 272 sayt aşkarlanaraq bloklanması təmin edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilə dair keçirilmiş kollegiya iclasında məlumat verilib. Bildirilib ki, internet resurslarının real vaxt rejimində monitorinqi də davam etdirilərək dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vuran viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1 131 ümumilikdə 3 315 sayt, sosial şəbəkə hesabı və səhifə aşkarlanaraq bloklanması təmin edilib
Göyçayda narkotiklərin satışı ilə məşğul olan silahlı şəxs saxlanılıb. DİN-in Mətbuat xidmətinin regional qrupundan Primeinfo.az verilən xəbərə görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı rayon sakini, 38 yaşlı İlkin Vəzirov saxlanılıb.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Alxan Ağarəhimov və 35 yaşlı Elvin Mehdiyevş saxlanılıblar. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlardan 6 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatları davam etdirirlər. Növbəti tədbir zamanı əvvəllər də analoji cinayətə görə məhkum olunmuş 24 yaşlı Əliağa Novruzzadə saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyi (DİN) qarlı hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Hazırda əvvəlcədən xəbərdarlıq edildiyi və proqnozlaşdırıldığı kimi, o cümlədən paytaxtda və digər şəhər və rayonlarda yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur. Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərir və hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələb edir.
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Chevrolet Cobalt” markalı 90-YL-765 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kənan İmanzadə saxlanılıb. Bu barədə Primeinfo.az-a DİN Mətbuat xidmətindən bildirilib. O, Xırdalan şəhərində yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradıb.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. Bu barədə Primeinfo.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı 32 yaşlı Şadman Zamanlı şübhəli şəxs qismində saxlanılıb.
Sumqayıt şəhəri ərazisində gecə saatlarında naməlum şəxs iki mağazadan oğurluq edib. O, əməlini ört-basdır etmək üçün mağazaların birindən kamera görüntülərini də oğurlayıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.