Daxili İşlər Nazirliyi (DİN) Bakıda diplomatik nömrəli avtomobilin qayda pozmasına münasibət bildirib. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki, yol hərəkəti qaydaları ərazidə hərəkətdə olan bütün nəqliyyat vasitələrinə, istər fiziki şəxslərə, istərsə də diplomatik nümayəndəliklərin xidməti avtomobillərinə istisnasız olaraq şamil olunur. Məlumata görə, qayda pozuntuları ilə bağlı müvafiq sənədləşmə aparılaraq məlumat aidiyyəti üzrə təqdim olunur.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları “Teleqram” sosial şəbəkəsində fəaliyyət göstərən anonim kanallarda azyaşlılara məxsus pornoqrafik məzmunlu videomaterialların yayılması və onlayn yolla satılması hallarına qarşı əməliyyatlar keçirib. DİN-in Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, tədbir zamanı həmin kanalların adminləri – şərti adları Arif Muradov və Fərid Süleymanov olan iki nəfər kiberpolis tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılanlar “Telegram” sosial şəbəkəsində kanallar yaradaraq, həmin profillərdə azyaşlıların iştirakı ilə çəkilmiş videomaterialların paylaşılmasını və onlayn satışını həyata keçiriblər.
“Hərbi əməliyyatlar başladığı dövrdə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarından 300 nəfərlik xüsusi təyinatlı qrupun seçilməsi tapşırığı verilib”. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev “Facebook” sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, həmin vaxt sırada 600 nəfər xüsusi təyinatlı dayanıb və komandanlıq “yalnız 300 könüllü irəli çıxsın” əmri verib.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bu gün paytaxtda baş vermiş qəzaların görüntülərini yayıb. Primeinfo.az-a quruma istinadən xəbər verir ki, həmin hadisələr nəticəsində yol infrastukturuna ziyan dəyib. Bildirilib ki, səhər saatlarında paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda qeydə alınan qəzadan da ehtimal olunur ki, sürücü dönmə işığını yandırsa da, digər nəqliyyat vasitələrinin məsafəsini və hərəkət sürətini düzgün qiymətləndirmədiyinə və təhlükəsiz şərait yaranmadan manevr etdiyinə görə yol-nəqliyyat hadisəsi olub.
Noyabrın 10-da ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Siyəzəndə itkin düşən 17 yaşlı yeniyetmə tapılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən xəbər verilib. Məlumata görə, Sənan Bəşir oğlu Bəşirov polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, eləcə də Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz qumar oyunlarını reklam edən şəxslərə qarşı tədbir keçirib.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları 8 Noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçiriblər. Bu barədə DİN-dən Primeinfo.az-a məlumat verilib. Bildirilib ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Sabunçu rayonu ərazisində növbəti ağacəkmə kampaniyası keçirilib.
DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi noyabrın 5-də Çempionlar Liqasının növbəti mərhələsində Tofiq Bəhramov adına stadionda keçiriləcək “Qarabağ”–“Çelsi” futbol oyununun biletlərini qeyri-qanuni yolla onlayn satışa çıxaran bir qrup şəxsin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirlər həyata keçirib. Primeinfo.az xəbər verir ki, biletləri əvvəlcədən onlayn qaydada və rəsmi satış məntəqələrindən əldə edib, daha sonra sosial şəbəkə platformalarında müxtəlif səhifələrdə, eləcə də “qara bazar”da dəyərindən daha artıq qiymətə satmaq istəyən Emil Dadaşov, Cavid Dadaşov, Rəşad Həsənov, Murad Mirkişiyev və Vüsal Zalov kiberpolis tərəfindən saxlanılıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxslər biletlərin məhdud sayda olması və oyuna vətəndaşların göstərdikləri böyük maraqdan sui-istifadə edərək bu hüquqazidd əməli törədiblər.
Balakən rayonunda 17 yaşlı qız naməlum şəxslər tərəfindən oğurlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Belə ki, cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar.