Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Daxili İşlər Nazirliyi (DİN)

Motosiklet və moped oğruları SAXLANILDILAR

Motosiklet və moped oğruları SAXLANILDILAR

Paytaxtın Binəqədi rayon sakini polisə müraciət edərək naməlum şəraitdə dəyəri 1500 manat olan “Tufan M-50” markalı motosikletinin oğurlandığını bildirib. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Qeyd edilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən A.Şərifov müəyyən olunaraq saxlanılıb.

Sosial ev vədi ilə 90 min manat taladı - Bakıda DƏLƏDUZLUQ

Sosial ev vədi ilə 90 min manat taladı - Bakıda DƏLƏDUZLUQ

Polis sosial evlərdə mənzil almaq adı ilə dələduzluq edən şəxsi saxlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat tədbirlərilə vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı İlkin Akifoğlu saxlanılıb.

Kiberpolis 5 dəstəni ifşa etdi - VİDEO

Kiberpolis 5 dəstəni ifşa etdi - VİDEO

Sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitlərinin köçürülməsi və leqallaşdırılmasında istifadə olunan bank kartlarının qanunsuz alqı-satqısını həyata keçirən dəstə üzvlərinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat-texniki tədbirlər həyata keçirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən tədbirlərlə qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan 5 fərqli dəstənin 12 nəfərdən ibarət üzvü – Əjdər Əzizov, Fərman Cəfərov, Hikmət Quliyev, habelə Adəm Əliyev və tanışı Cavid İsmayılzadə, Əlvan Musayev eləcə də onunla əlbir olan Məhərrəm Babayev, Rəvan Mehdiyev, Aydın Məmmədzadə və Adil Məmmədov, həmçinin Alşan Səfərov və Rüstəm Novruzov saxlanılıblar.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər SAXLANILIB

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər SAXLANILIB

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 24-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bakıda evdən 15 min manatlıq oğurluq

Bakıda evdən 15 min manatlıq oğurluq

Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanılıblar. Primeinfo.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Nəsimi rayonunda yerləşən evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pulun talanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı Z.Qasımov müəyyən olunaraq saxlanılıb.

DİN-dən əhaliyə çağırış: odlu silahları TƏHVİL VERİN! 

DİN-dən əhaliyə çağırış: odlu silahları TƏHVİL VERİN! 

Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silahlarla bağlı növbəti çağırış edib. Bu barədə Primeinfo.az-a Nazirlikdən məlumat verilib. Bildirilib ki, qanunsuz odlu silahların saxlanılması və daşınması cəmiyyət üçün ciddi təhlükə mənbəyidir.

DİN bu nazirliklə birgə ölkə boyu tədbirlərə başlayır

DİN bu nazirliklə birgə ölkə boyu tədbirlərə başlayır

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə 2025-ci il oktyabr ayının 20-dən noyabr ayının 20-dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı elan edir. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Bildirilir ki, son zamanlar avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan nəqliyyat vasitələrinə tez-tez rast gəlinir.