Milli Hidrometeorologiya Xidmətinin fevralın 1-i saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində qərb küləyi əsir. Xidmətdən Primeinfo.az-a bildirilib ki, küləyin maksimal sürəti arabir Yardımlıda 21, İsmayıllı və Qobustanda 20, Lerikdə 19, Kəlbəcər, Zəngilan və Daşkəsəndə 18, Gədəbəydə 16, Şəkidə 15 m/s-yə çatır.
Yanvarın 20-sinə olan faktiki hava açıqlanıb.
Azərbaycanın bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur, dağlıq ərazilərdə- Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağır. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib. Düşən yağıntının miqdarı Qaxda 5, Şahbuzda 2, Ordubad, Balakən, Zaqatala, Quba, Göyçay, Şəkidə 1 mm-dir.
Dekabrın 27-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 9, Daşkəsəndə 6, Şahbuzda 4, Xaltanda 2, Şəkidə (Kişçay) 1 sm-dir. Düşən yağıntının miqdarı Gədəbəydə 2, Bakıda və Abşeron yarımadasında, həmçinin Lənkəran, Biləsuvar, Neftçala, Sabirabad, Göyçay, Yevlax, Mingəçevir, Tərtər, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şamaxı, Qobustan, Qubada 1 mm-dir.
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, Bakıda və Abşeron yarımadasında leysan xarakterli intensivdir. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Bildirilib ki, Oğuz, İsmayıllı, Ağsu, Göyçay, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahdağda isə qar yağır. Şərur, Ordubad, Sədərək, Daşkəsən, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur.
Dekabrın 6-sı saat 11:00-a olan faktiki hava açıqlanıb. Primeinfo.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 6-sı saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi rayonlarında, eləcə də Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb. Düşən yağıntının miqdarı Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 (aylıq normanın 64%-i), Lerikdə 2, Qusarda 1 mm-dir.
Azərbaycanın bəzi yerlərində dekabrın 2-si saat 16:00-a olan məlumata əsasən yağıntılı hava şəraiti davam edir. Bu barədə Primeinfo.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Şahbuz, Göygöl, Şəmkir, Gəncə, Qax, Quba, Qusar, Şabranda arabir yağış yağır.
Dekabrın 1-i saat 19:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Belə ki, Şahbuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Mingəçevir, Tərtərdə arabir yağış yağır.