Kamçatka diyarında 4,6 maqnitudalı zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Petropavlovsk-Kamçatski şəhərindən 207 kilometr məsafədə qeydə alınıb.
Aralıq dənizində əvvəlcə 4,2, daha sonra isə 3,5 bal gücündə iki zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, hadisə ilə bağlı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat yayıb. Bildirilib ki, zəlzələ 9,12 km dərinlikdə qeydə alınıb.
Yaponiyanın Honsyu adasında 6,5 bal gücündə zəlzələ qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilir ki, zəlzələnin episentri əhalisi təxminən 220 min nəfər olan Haçinohe şəhərindən 102 km şimal-şərqdə yerləşib.