“Qəbələdə baş verən zəlzələ dərindən olduğuna görə onun silkələnmə əhatəsi geniş ərazini əhatə edib”. Primeinfo.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Seysmoloq qeyd edib ki, zəlzələ Bərdə, Göyçay, Mingəçevir, Oğuz, Şəki, Zaqatala, Balakən və digər rayonlarda, hətta Füzulidə də hiss olunub.
Bu gün saat 15:13-də episentri Qəbələ rayonunda yerləşən 5.1 maqnitudalı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb.
Türkiyənin Malatya şəhərində 5,6 bal gücündə zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, yeraltı təkanlar vilayətin Battalqazi rayonunda qeydə alınıb. Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı rəsmi məlumata görə, yerli vaxtla saat 09:00-da baş verən zəlzələnin ocağı yerin 7,03 kilometr dərinliyində yerləşib.
Monqolustanda 6.0 maqnitudalı zəlzələ qeydə alınıb. Primeinfo.az bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası Çin Seysmoloji Mərkəzinin mətbuat xidmətinə istinadən xəbər verir. Mütəxəssislərin məlumatına əsasən, zəlzələ ocağı 15 km dərinlikdə yerləşib.
Yaponiyada aprelin 20-də baş verən 7.7 bal gücündə güclü zəlzələ nəticəsində altı nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə təbii fəlakətlərin qarşısının alınması naziri Dziro Akama məlumat verib. “Bildirilib ki, yaralanan dörd nəfər yüngül xəsarətlər.
Xəzər dənizində zəlzələ olub.
İranın cənubunda 4,1 bal gücündə zəlzələ qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Geologiya Xidməti (USGS) məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Bəndər Abbas şəhərindən 74 km qərbdə (liman suları Hörmüz boğazının şimalında yerləşir), ocağı isə 10 km dərinlikdə yerləşib.
Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.
Kamçatka diyarında 5 bal gücündə zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Zəlzələ Petropavlovsk-Kamçatski şəhərindən 86 kilometr məsafədə qeydə alınıb.
Şamaxıda zəlzələ olub. Primeinfo.az xəbər verir ki, bu haqda “Qafqazinfo”ya sakinlər məlumat veriblər. Məlumata görə, yeraltı təkanlar rayonun bir sıra ərazilərində hiss olunub.