Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: hava proqnozu

Sabahın havası bu insanlar üçün əlverişlidir

Sabahın havası bu insanlar üçün əlverişlidir

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, dekabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq

Sabahın havası meteohəssas insanlar üçün əlverişsiz olacaq

Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib. Məlumata əsasən, narahatlığa səbəb dekabrın 28-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənməsi ehtimalıdır.

Sabah bəzi yerlərə yağış və qar yağacaq - PROQNOZ

Sabah bəzi yerlərə yağış və qar yağacaq - PROQNOZ

Azərbaycanda dekabrın 25-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Primeinfo.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir.

Sabah bəzi ərazilərə yağış yağacaq

Sabah bəzi ərazilərə yağış yağacaq

Bakıda və Abşeron yarımadasında dekabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 16-dan 17-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.