Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-200 metr təşkil edəcəyi proqnozlaşdırılır. Bu barədə Primeinfo.az-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğunu xatırladır.
Noyabrın 12-də gözlənilən hava proqnozu açıqlanıb.
Azərbaycanda noyabrın 11-də 24 dərəcə isti olacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a bildirilib ki, noyabrın 10-da bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Azərbaycan ərazisində noyabrın 10-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq, şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq.
Bakıda noyabrın 9-da 20, rayonlarda isə 23 dərəcə isti gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterli intensivdir.
Sabah Azərbaycanda hava necə olacaq? Noyabırın 5-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a bildirilib ki, noyabrın 3-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000metrədək məhdudlaşacağı gözlənilir.
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.