SEPAH Hörmüz boğazında daha bir gəmiyə atəş açıb
Yaxın Şərqin dəniz yollarında hərbi qarşıdurma artıq idarəolunmaz fazaya keçib.
Yaxın Şərqin dəniz yollarında hərbi qarşıdurma artıq idarəolunmaz fazaya keçib.
Yaxın Şərqdə gərginlik ən pik nöqtəyə çatıb və regionda böyük müharibə alovlanmaqdadır. Primeinfo.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Küveyt və Bəhreyndə yerləşən hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) vasitəsilə yeni və güclü zərbələr endirdiyini rəsmən bəyan edib. Tehranın yaydığı rəsmi məlumata görə, həyata keçirilən irimiqyaslı hava hücumu nəticəsində Amerikanın Küveytdəki hərbi obyektlərində quraşdırılmış “Patriot” Hava Hücumundan Müdafiə (HHM) sistemləri, silah-sursat anbarları və radiolokasiya stansiyaları hədəf alınıb.