Lukaşenko: Azərbaycan və Ermənistan arasında sülh sazişi ümid yaradır
Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda uzunmüddətli həll üçün ümid yaradır. Primeinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə III Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib. Lukaşenkonun sözlərinə görə, son dövrlərdə bir sıra uzunmüddətli münaqişələrin həlli istiqamətində irəliləyişlər əldə olunub və bu, regionda davamlı sülhün təmin olunması üçün önəmli addımdır.