
Binaların yenilənməsi və əvəzlənməsi prosesində əmək bazarındakı transformasiyalar da nəzərə alınmalıdır. Bu istiqamətdə insanların bilik və bacarıqlarının inkişaf etdirilməsi zəruridir.
Primeinfo.az xəbər verir ki, bu barədə ADA Universitetinin Dizayn və Memarlıq Məktəbinin dekan müavini, Milan Politexnik Universitetinin (Politecnico di Milano) dABC kafedrasının dosenti Nora Lombardini WUF13-də Azərbaycan pavilyonunda keçirilən “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” sessiyada çıxışı zamanı deyib.
Nora Lombardini bərpa və yenidənqurma prosesindən də bəhs edərək, bu məsələdə dövlətin rolunun və dəstəyinin əhəmiyyətini xüsusi vurğulayıb.