Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenksi ilə görüşməyə hazır olduğunu bildirib. Primeinfo.az Belarus mediasına istinadən xəbər verir ki, Lukaşenko Zelenski ilə Ukrayna və ya Belarusun istənilən yerində görüşməyə hazır olduğunu deyib. Lukaşenko onu da əlavə edib ki, görüşdə ikitərəfli münasibətlərə aid məsələlər müzakirə oluna bilər.
Belarusda Rusiya ilə birgə nüvə təlimləri başlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb. Bildirilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin birgə nüvə qüvvələri təlimi zamanı videobağlantı ilə əlaqə saxlayıblar.
“Belarus ABŞ ilə “böyük razılaşma”ya hazırdır, lakin onu elə hazırlamaq lazımdır ki, orada hər iki ölkənin maraqları nəzərə alınsın”. Primeinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko RT-yə müsahibəsində deyib. Belarus lideri vurğulayıb ki, ABŞ ilə razılaşmaya can atsa da, heç nəyi “yalvarıb almaq” fikrində deyil.
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanla münasibətlərində çox diqqətli olmalıdır. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Lukaşenko bu haqda KTMT-nin baş katibi Taatbek Masadıkovla görüşündə bildirib. “Ermənistanla münasibətlərimizdə daha nəzakətli və diqqətli olmalıyıq.
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-a səfər edə bilər. Primeinfo.az Belta-ya istinadən xəbər verir ki, Lukaşenkonun ABŞ-a mümkün səfəri onun ABŞ Prezidentinin xüsusi nümayəndəsi Con Koul ilə bu gün keçirilən görüşü zamanı müzakirə olunub. “Biz Prezident Lukaşenkonun ABŞ-a mümkün səfərini müzakirə etdik və bunu təşkil etmək üçün çalışacağıq”, – Con Koul görüşdən sonra jurnalistlərə bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifət fəalları Mariya Kolesnikova, Viktor Babariko, eləcə də müxtəlif ölkələrin vətəndaşı olan təxminən 120 nəfəri əfv edib. Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, əfv olunan şəxslər casusluq, terrorçuluq və ya ekstremizm ittihamları ilə məhkum edilmişdilər. Qərarın qəbulunda “Avropa regionunda vəziyyətin sabitləşdirilməsi” məqsədinin də nəzərə alındığı bildirilir.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun ABŞ-nin ölkəyə yeni təyin olunmuş xüsusi elçisi Con Koul ilə görüşü baş tutub. Primeinfo.az xəbər verir ki, bu barədə “BELTA” məlumat yayıb. “Sizi görməyə şadam, Con.
Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Əlcəzairə rəsmi səfərə gedib. Primeinfo.az xəbər verir ki, bu barədə “Minsk-Novosti” agentliyi Belarus liderinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Səfər Əlcəzair Prezidenti Abdelməcid Tebbunun dəvəti ilə baş tutub.
Belarus prezidenti Aleksandr Lukaşenko həbsdə olan 31 Ukrayna vətəndaşını əfv edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb. Bildirilir ki, əfv sərəncamı Lukaşenko və ABŞ lideri Donald Tramp arasında əldə olunan razılaşmaların davamı olaraq imzalanıb.
Belarus Litva ilə sərhədi açmağa hazırdır və onu bağlamayıb. Primeinfo.az-ın BELTA-ya istinadən verdiyi məlumata görə, bunu ölkə Prezidenti Aleksandr Lukaşenko Minskdə keçirdiyi müşavirədə bildirib. “Bəyan etmək istəyirəm ki, biz sərhədin açılmasına çoxdan hazırıq.