Xəbər axtarın

Son axtarış nəticələri:

Saakaşvili: "Gürcüstana qayıtmağımda rus agentlərinin rolu olub"

21.05.2026 17:08

Saakaşvili: "Gürcüstana qayıtmağımda rus agentlərinin rolu olub"

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bildirib ki, onun Gürcüstana qayıtması qərarında ətrafındakı “Rusiya agenti” rol oynayıb.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Saakaşvili bu barədə Tbilisi Şəhər Məhkəməsində keçirilən proses zamanı danışıb.

Onun sözlərinə görə, yaxın çevrəsində olan bir şəxs onu davamlı şəkildə Gürcüstana qayıtmağa razı salıb və sonradan məlumatlarını hakimiyyətə ötürüb.

“Ətrafımda Rusiya agenturası fəaliyyət göstərirdi. Bir nəfər daim məni Gürcüstana qayıtmağa çağırırdı”, – deyə eks-prezident bildirib.

Saakaşvili qeyd edib ki, 2020-ci ildə Gürcüstana qayıtmaq üçün etdiyi ilk cəhd də uğursuz olub. O iddia edib ki, həmin şəxs onun koordinatlarını hakimiyyətə ötürüb və nəticədə Batumidə təhlükə siqnalı elan edilib.

Eks-prezident əlavə edib ki, 2021-ci ilin oktyabrında Gürcüstana gizli qayıdışı zamanı da onu qarşılamalı olan şəxs iki saat sonra məlumatları hakimiyyətə verib.

Bununla belə, Saakaşvili həmin şəxslərin adlarını açıqlamayıb.

Paylaş: