Xəbər axtarın

Son axtarış nəticələri:

Emin Hüseynov: "Ağdam, Füzuli və Xocavəndə 13 min 700 nəfər köçürülüb" - VİDEO

21.05.2026 10:53

Emin Hüseynov: "Ağdam, Füzuli və Xocavəndə 13 min 700 nəfər köçürülüb" - VİDEO

İndiyədək Ağdam, Füzuli və Xocavəndə 13 min 700 nəfər əhalinin köçü həyata keçirilib. Orada çalışanları da nəzərə alsaq, hazırda həmin rayonlarda 50 mindən çox insan yaşayır, işləyir və fəaliyyət göstərir.

Primeinfo.az xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) jurnalistlərə açıqlaması zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O qeyd edib ki, hədəf 2026-cı ilin sonuna qədər daha 30 min vətəndaşı öz doğma yurdlarına köçürməyi təmin etməkdir.

“Sözsüz ki, bu proses davam edəcək. Bu, ilk növbədə Ağdam şəhərində 4-cü və 5-ci yaşayış komplekslərinin tikintisinin başa çatması, həmçinin Füzuli rayonunda daha iki kəndin – Dövlətyarlı və Pirəhmədli kəndlərinin tikintisinin yekunlaşması ilə təmin ediləcək”.

Paylaş: