Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Qara dəniz

Qara dəniz alovlar içində: Ukrayna ordusu Rusiyanın yanacaq infrastrukturuna ağır zərbə endirdi

Qara dəniz alovlar içində: Ukrayna ordusu Rusiyanın yanacaq infrastrukturuna ağır zərbə endirdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının Novorossiysk limanı akvatoriyasında həyata keçirilən uğurlu dəniz əməliyyatı barədə dünya ictimaiyyətinə məlumat verib. Primeinfo.az xəbər verir ki, dövlət başçısı Ukrayna istehsalı olan suüstü dronlardan çəkilmiş kadrları paylaşaraq, iki böyük neft tankerinin hədəf alındığını təsdiqləyib. Paylaşılan videoda pilotsuz dəniz aparatlarının hədəfə yaxınlaşması və baş verən güclü partlayış anları aydın şəkildə əks olunub.

Türkiyə müharibənin Qara Dənizi təhdid etməsinə icazə verməyəcək

Türkiyə müharibənin Qara Dənizi təhdid etməsinə icazə verməyəcək

Türkiyə Rusiya-Ukrayna müharibəsinin Qara Dənizi təhdid etməsinə icazə verməyəcək. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının İclasından sonra paylaşılan bəyanatda qeyd olunub. İclasda Rusiya–Ukrayna müharibəsinin gedişi müzakirə olunub və hücumların Qara dənizə yayılmasına və enerji təhlükəsizliyini təhdid edən bir vəziyyətə çevrilməsinə heç bir halda yol verilməyəcəyi vurğulanaraq, bütün tərəflərə təmkinli davranmaq çağırışı edilib.

Qara dənizdə iki tankerə zərbə endirilib

Qara dənizdə iki tankerə zərbə endirilib

Qazaxıstan Energetika Nazirliyi Qara dənizdə Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) dəniz terminalı yaxınlığında Qazaxıstan ixrac neftini daşıyan iki tankerə dronların hücum etməsi barədə məlumatları təsdiqləyib. Primeinfo.az xəbər verir ki, bəyanat nazirliyin “Telegram” kanalında dərc edilib. Bildirilib ki, “Matilda” gəmisi Malta bayrağı, “Delta Harmony” isə Liberiya bayrağı altında üzüb.

Türkiyə MN: Hava məkanımıza yaxınlaşan PUA "F-16" qırıcıları ilə zərərsizləşdirilib

Türkiyə MN: Hava məkanımıza yaxınlaşan PUA "F-16" qırıcıları ilə zərərsizləşdirilib

Türkiyənin Milli Müdafiə Nazirliyi Qara dəniz istiqamətindən hava məkanına yaxınlaşan, idarəetmədən çıxdığı müəyyən edilən pilotsuz uçuş aparatının (PUA) F-16 qırıcıları tərəfindən vurularaq zərərsizləşdirildiyini açıqlayıb. Primeinfo.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, Qara dəniz üzərindən Türkiyənin hava məkanına yaxınlaşan naməlum hava hədəfi aşkar edilərək mövcud prosedurlar çərçivəsində nəzarətə götürülüb. Hava məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədilə NATO və milli nəzarət sistemində olan F-16 qırıcılarına döyüş hazırlığı tapşırığı verilib.