Yəmənin “Ənsar Allah” hərəkatının husi üsyançıları Qırmızı dəniz sahilində strateji əhəmiyyətə malik Mokha limanına raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziya kanalı Yəmən hərbi mənbələrinə istinadla məlumat yayıb. Hücuma görə məsuliyyəti üzərinə götürən husilər liman ərazisində Səudiyyə Ərəbistanını dəstəkləyən qüvvələrin hərbi bazasını hədəf aldıqlarını iddia ediblər.
Türkiyə Qara dənizə gedən kommersiya gəmilərinin keçidini müvəqqəti olaraq məhdudlaşdırıb. Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, bu qərar regionda gəmilərə qarşı hücumların artması fonunda qəbul edilib.
Türkiyə Qara dənizdə gəmilərə qarşı hücumların artmasından sonra kommersiya gəmilərinin bölgəyə keçidini məhdudlaşdırmağa başlayıb. Primeinfo.az “Bloomberg “-ə istinadən xəbər verir ki, məsələ ilə tanış rəsmilərin məlumatına görə, bu Türkiyə hökümətində Qara dənizdə Rusiya və Ukraynaya məxsus və ya onlarla əlaqəli gəmilərə qarşı hücumların artması ilə bağlı narahatlıqla bağlıdır. Məlumata görə, Dəniz Təhlükəsizliyi Baş İdarəsi Rusiyanın əsas neft və taxıl ixrac mərkəzlərindən biri olan Novorossiysk limanına gedən bir neçə gəmiyə hazırda boğazlardan keçid üçün icazələrin verilmədiyini bildirib.
Ukrayna dronları bir həftə ərzində Qara və Azov dənizlərində Rusiyanın “kölgə donanması”nın 12 gəmisini vurub. Primeinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi teleqram kanalında bildirib. Məlumata əsasən, gəmilər avqustun 1-8-i “MoLoÇKa” əməliyyatı çərçivəsində Qara və Azov dənizlərində vurulub.
Rusiya Silahlı Qüvvələri Qara dənizdə iki quru yük gəmisini pilotsuz uçuş aparatları ilə vurub.
Türkiyənin Xarici İşlər Nazirliyi Qara dənizdə Türkiyəyə məxsus mülki gəmilərə edilən dron hücumu ilə bağlı bəyanat yayıb.
Qara dənizdə Türkiyənin Rusiyaya meyvə-tərəvəz daşıyan “Ro-ro” gəmisinə dron hücumu olub.
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynanı Qara dənizdə Rusiyaya məxsus olmayan gəmilərə qarşı hücumlar həyata keçirməkdən çəkinməyə çağırıb. Primeinfo.az bu barədə The Wall Street Journal (WSJ) nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, ABŞ-ın enerji şirkəti Chevronun baş icraçı direktoru Mayk Virt Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarının şirkətin Qazaxıstandakı fəaliyyətinə mümkün təsirləri ilə bağlı ABŞ administrasiyasının nümayəndələri ilə görüş keçirib.
Qara dənizdə Türkiyə bayrağı altında üzən “MV Reyhan Sarı” yük gəmisi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
“Ukrayna qüvvələri Qara dəniz akvatoriyasında Rusiyanın “kölgə donanması”nın iki tankerinə və dörd quru yük gəmisinə zərbələr endirib”.