Belarus dövlət sərhədinin cənubunda vəziyyət gərgin olaraq qalır. Primeinfo.az “Belta”ya istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. Onun sözlərinə görə, hərbçilər Ukrayna ilə sərhədi gücləndirilmiş rejimdə qorumağa davam etməlidir.
Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtı Moskvaya PUA hücumu zamanı ölkənin ən böyük ticarət mərkəzlərindən biri olan “Sadovod” da zərər görüb.
Ukrayna ordusu keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Leonid Brejnevin nəticəsi Anton Milayevi əsir götürüb. Primeinfo.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb. Anton Milayev Leonid Brejnevin qızı Qalina Brejnevanın nəvəsidir.
Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib. Primeinfo.az xəbər verir ki, son sutkada Moskva regionu üzərində 194 PUA vurulub. Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.
Putinlə danışıqlar qış başlamazdan əvvəl keçirilməlidir, əks halda Rusiyanı “ağır qış” gözləyir. Primeinfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib. O, bu yaxınlarda rusiyalı oliqarx Roman Abramoviçlə görüşdüyünü təsdiqləyib.
Türkiyə Ukrayna münaqişəsində vasitəçi kimi mümkün olan hər şeyi etməyə və dialoq üçün platforma təmin etməyə hazırdır.
Krım sözün həqiqi mənasında can üstündədir. Krıma iki yol gedir. Onlardan biri şosse yolu, digəri isə qatar yoludur. Şosse yolu demək olar ki, sıradan çıxarılıb, hətta ən yüngül avtomobil belə o yolu getməyə qorxur…
Ukraynanın paytaxtı Kiyev son ayların ən ağır hava hücumlarından birini yaşayıb. Primeinfo.az Today Press-ə istinadən xəbər verir ki, bu barədə “The Kyiv İndependent” məlumat yayıb. Məlumat görə, Rusiya ordusunun gecə boyu həyata keçirdiyi raket və dron zərbələri nəticəsində Ukrayna paytaxtının bir çox rayonunda güclü partlayışlar, yanğınlar və dağıntılar qeydə alınıb.
Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya Federasiyası (RF) və Ukraynanın işğal olunmuş ərazilərindəki mühüm hədəflərə uzaqmənzilli zərbələri uğurla endirib. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkə hesabında yazıb. “Dövlət sərhədimizdən 700 kilometrdən çox məsafədə, Rusiyanın Yaroslavl vilayətində USQ RF-nin ehtiyatları üçün mühüm olan neft obyektinə zərbə endirib.
Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın Tula vilayətində yerləşən “Novomoskovsk Azot” kimya zavoduna zərbə endirib. Primeinfo.az xəbər verir ki, bu barədə UNIAN Rusiya mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, hücum nəticəsində müəssisənin ərazisində yanğın baş verib.