TƏCİLİ: Rusiyada narazılıq arta bilər - Ölkə uçuruma gedir? - VİDEO
Həm Rusiyanın, həm də Ukraynanın Hava Hücumundan Müdafiə məsələsində problemləri var. Amma hazırda Ukrayna Rusiyanı daha çox narahat edir…
Həm Rusiyanın, həm də Ukraynanın Hava Hücumundan Müdafiə məsələsində problemləri var. Amma hazırda Ukrayna Rusiyanı daha çox narahat edir…
“Faktiki olaraq cəbhə xəttində strateji üstünlük Ukrayna tərəfindədir. Ukrayna artıq özünün istehsal etdiyi raket və dron sistemləri ilə Rusiyanın dərinliklərini rahat şəkildə vurmağı bacarır”.
Bu müharibənin əsas məqsədi Rusiyanı tükəndirmək və savaşı dayandırmağa məcbur etməkdir. Bunun da ən qısa yolu Sankt-Peterburqun və Moskvanın vurulmasından keçir…
Ukrayna Müdafiə Qüvvələri ötən gecə Rusiya ərazisində yerləşən bir sıra mühüm strateji və hərbi obyektlərə zərbələr endirib. Hücuma məruz qalan məkanlar arasında Sankt-Peterburq neft terminalı, Kronştadt bazasındakı hərbi obyektlər və Tambov vilayətində yerləşən müdafiə sənayesi müəssisəsi var. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat yayıb.
Rusiya və Ukrayna müharibəsinin nə zaman bitəcəyi ilə bağlı hər hansı inam yoxdur. Rusiyanın imperiya ambisiyası və işğalçılıq siyasəti sərhəd tanımır…
Rusiya ordusunun bu gecə Ukraynaya genişmiqyaslı hava hücumu nəticəsində ölənlərin sayı 13-ə çatıb, 100-dən çox insan yaralanıb.
Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun cəbhə boyu təminat zəncirini tamamilə qırmaq və hərbi logistikasını çökdürmək üçün qorxulu və tam fərqli bir döyüş taktikasına keçib. Primeinfo.az xəbər verir ki, nüfuzlu “Forbes” nəşri Ukrayna ordusunun tətbiq etdiyi bu yeni və dağıdıcı hərbi ssenarinin şok detallarını yayıb. Məlumata görə, Ukrayna dronları artıq təkcə Rusiya ordusuna məxsus yük maşınlarını və yanacaq anbarlarını birbaşa hədəf almaqla kifayətlənmir; pilotsuz aparatlar indi rus qoşunlarının ən kritik təchizat marşrutları və magistral yolları boyunca göydən kütləvi şəkildə minalar atmağa başlayıb.
Ukrayna ötən gecə Rusiyanın bir neçə bölgəsində, eyni zamanda Krımda yanacaq anbarı, neft emalı zavodlarına zərbələr endirib. Primeinfo.az Rostov vilayətinin qubernatoru Yuri Slyusarın açıqlamasına istinadən xəbər verir ki, Taqanroq limanında dron hücumu nəticəsində tanker, yanacaq çəni və inzibati bina yanıb: “Dron hücumu nəticəsində Taqanroq limanında tanker, yanacaq çəni və inzibati bina yanıb. İlkin məlumata görə, itki yoxdur”.
Rusiya Ukraynadan Türkiyəyə gedən yük gəmisinə PUA ilə hücum edib. Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Rusiyanın son bombardmanının bir cavabı var, Rusiya çıxılmaz vəziyyətdədir. Bu hadisələr Trampın Çindəki uğurları, Putinin isə uğursuzluqları ilə bağlıdır…