Rusiya artıq 3700 hərbçisini əsirlikdən geri qaytarıb. Primeinfo.az xəbər verir ki, bunu Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Prezident Vladimir Putinlə görüşündə bildirib. Qeyd edək ki, mayın 8-də ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya ilə Ukrayna arasında “1000-in 1000-ə” formatında əsir mübadiləsi barədə razılıq əldə olunub.
Müharibənin yeni mərhələsi başlayacaq və bu mərhələ raket müharibəsi olacaq. Artıq dronlarla deyil, Moskva və digər iri şəhərlərə raketkərlə zərbələr endiriləcək…
Rusiya HHM sistemləri daha çox ballistik raket hücumuna hesablanıb. Lakin kütləvi dron hücumlarının qarşısını almaq hazırda Rusiya üçün çətindir…
Rusiya Ukraynanın elan etdiyi atəşkəs rejimini pozub. Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko “Telegram” kanalında yazıb. Onun sözlərinə görə, Rusiya atəşkəsə əməl etməyərək, Ukraynaya qarşı bir sıra hücumlar həyata keçirib.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson, Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətlərinə hücum edib, nəticədə 1 nəfər ölüb, daha 74 nəfər yaralanıb. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyalarının rəhbərləri məlumat veriblər. Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, ötən sutka ərzində regionda zərbələr nəticəsində 1 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının Novorossiysk limanı akvatoriyasında həyata keçirilən uğurlu dəniz əməliyyatı barədə dünya ictimaiyyətinə məlumat verib. Primeinfo.az xəbər verir ki, dövlət başçısı Ukrayna istehsalı olan suüstü dronlardan çəkilmiş kadrları paylaşaraq, iki böyük neft tankerinin hədəf alındığını təsdiqləyib. Paylaşılan videoda pilotsuz dəniz aparatlarının hədəfə yaxınlaşması və baş verən güclü partlayış anları aydın şəkildə əks olunub.
“Tuapse şəhəri son dərəcə strateji əhəmiyyətə sahibdir. Orada bütövlükdə ordunun, donanmanın yanacaq və sürtkü materialları ilə təminatı və Rusiyanın kimya sənayesi üçün komponentlər hazırlanan müəssisələr cəmləşir”. Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Ukrayna son zamanlar Rusiyaya qarşı onu iqtisadi imkanlardan məhrum etmək siyasəti həyata keçirir. Ukrayna doğru taktikadan istifadə edərək, zavodlar, digər strateji obyektləri vurmaqla yanaşı, eyni zamanda neftdaşıyıcı kəmərləri də sıradan çıxarır”.
“Rusiyada müəssisələr bağlanmaqdadır, “Vaz” müəssisəsi dayanıb, minlərlə insan işdən çıxarılır. Eyni zamanda, Rusiyanın əyalətlərinin müharibənin davam etməsi üçün ölkənin büdcəsinə verdiyi maliyyə imkanları dəhşətli dərəcədə məhdudlaşıb. Ona görə də Rusiyada vəziyyət sözün əsl mənasında “ruscadır”.
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlyov Azərbaycanın Ukrayna ilə bağlı mümkün üçtərəfli danışıqlar üçün uyğun platforma olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “Gazeta.ru”ya açıqlamasında danışıb. Deputatın sözlərinə görə, Azərbaycan belə görüşlər üçün “layiqli məkan” sayıla bilər, lakin hazırda əsas məsələ görüşün keçirilmə yeri deyil, onun konkret məqsədidir.