
Rusiyanın Dneprə endirdiyi raket zərbəsi nəticəsində 5 nəfər ölüb, xəsarət alanların sayı 29-a çatıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat yayıb.
“Rusiya Dneprə raket zərbəsi endirib. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir. Zərərçəkənlərə bütün lazımi köməklik göstərilir. Əfsuslar olsun ki, hazırda 5 nəfərin öldüyü məlumdur. Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Zərbə nəticəsində 29 nəfər xəsarət alıb”, – deyə o bildirib.
Zelenski vurğulayıb ki, Zaporojyedə Rusiya pilotsuz uçuş aparatının avtobusa endirdiyi zərbə nəticəsində 3 nəfər ölüb, daha 6 nəfər yaralanıb.
Onun sözlərinə görə, Nikopolda Rusiya qoşunları xilasedicilərə və yanğınsöndürən maşına təkrar hücum ediblər. Eyni zamanda, Sumı, Odessa və Çerniqov vilayətlərində enerji infrastrukturu obyektlərinə, eləcə də Xersona və Xarkov vilayətinə zərbələr endirilib.
V.Zelenski əhalinin Rusiyanın hücumlarından müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğulayaraq, Ukraynaya ilk növbədə ballistik raketlərin qarşısını almaq üçün raketdən müdafiə sistemlərinin lazım olduğunu qeyd edib.
O, həmçinin Avropanı raketdən müdafiə sistemlərinin yaradılması və müvafiq raketlərin istehsalı üzrə işləri fəallaşdırmağa çağırıb.
***
14:11
Rusiya ordusu səhər saatlarında Ukraynanın Dnepr şəhərinə ballistik raketlə zərbə endirib, nəticədə 4 nəfər ölüb, 10 nəfər yaralanıb.
Primeinfo.az xəbər verir ki, “UNIAN“ bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksand Qanjaya istinadən məlumat yayıb.
Məlumata görə, yaralılar xəstəxanalara yerləşdirilib, onlara tibbi yardım göstərilir.
Hadisənin nəticələri və dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam edir.

