Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsinə Paşayev Cavid Nazim oğlu təyin edilib. Bu barədə Primeinfo.az-a TƏBİB-dən məlumat verilib. O, hazırkı təyinata qədər “Elit-Central” Hospitalın baş həkimi vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni mətbuat katibi təyin edilib. Primeinfo.az SOCAR-a istinadən xəbər verir ki, bu vəzifəyə Emin Sevdimalıyev təyinat alıb. O, uzun illər müxtəlif media qurumlarında, o cümlədən “Trend”də fəaliyyət göstərib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeli tibb müəssisələrinə yeni direktor və direktor müavinləri təyin olunub. Primeinfo.az xəbər verir ki, qurumun icraçı direktoru Anar Bayramov bununla bağlı müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Erkin Xəyyam oğlu Rəhimov Respublika Pediatriya Mərkəzinin direktoru, Dinar İlqar qızı Qəhrəmanova Respublika Endokrinoloji Mərkəzinin direktoru, Fərəh Afad qızı Qaraqurbanlı Nizami Tibb Mərkəzinə direktor müavini, doğum evinin rəhbəri və Rəxşəndə Mənsur qızı Əhmədova Respublika Dəri-Zöhrəvi Mərkəzinə direktor müavini, baş həkim təyin olunub.
Kənd Təsərrüfatı Nazirliyinin əvvəlki mətbuat katibi Vüqar Hüseynov bu gün vəzifəsindən azad edilib. Primeinfo.az xəbər verir ki, Vüqar Hüseynov artıq yeni vəzifəyə təyinat alıb. Belə ki, o, elə bu gün Həmkarlar İttifaqı Konfederasiyasında mətbuat katibi kimi fəaliyyətə başlayıb.
Məhəmməd Baqir Zolqadr hava zərbələri nəticəsində öldürülən Əli Laricaninin yerinə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Türkiyədə Milli Müdafiə Nazirliyi (MMN) istisna olmaqla, bütün nazirliklərə Prezident Administrasiyası yanında Fövqəladə Hallar və Müdafiə Planlaşdırılması İdarəsi ilə bağlı təyinatlar olub.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Müşahidə Şurasına yeni üzvlər təyin edilib. Primeinfo.az xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədrinin müavini Eldar Məcidov və maliyyə nazirinin birinci müavini Anar Kərimov Şuranın üzvləri təyin edilib. Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Prezident İlham Əliyevin Sərəncamı ilə AZCON Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova iki müavin təyin edilib. Primeinfo.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunlardan biri Cəbrayıl Eldar oğlu Xanlarovdur. O, bir neçə gün əvvəl işdən azad edilən Orucəli Hacıyevi əvəz edib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib, İdarə Heyətinin sədri və müavinləri müəyyənləşib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, Ədliyyə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Milli QHT Forumu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi nümayəndələrini təqdim edib və yeni tərkib aşağıdakı şəxslərdən formalaşıb: 1.
Prokurorluq orqanlarında yeni kadr dəyişikliyi olub. Primeinfo.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Elgiz Qənizadə Suraxanı rayon prokurorunun müavini vəzifəsindən azad edilərək Qaradağ rayon prokurorunun müavini vəzifəsinə təyin edilib. Qeyd edək ki, Elgiz Qənizadə Milli Məclisin sabiq deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadənin oğludur.