Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Zülfüqarova təyinat verib. Primeinfo.az xəbər verir ki, beynəlxalq dərəcəli referi Türkiyədə keçiriləcək kişi voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin “Ziraat Bankkart” (Türkiyə) və “Tur VB” (Fransa) klubları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq. Dekabrın 10-dakı matçın baş hakimi serbiyalı Aleksandar Petroviç olacaq.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant Əlfağa Ağayev vəzifəsindən azad edilib. Primeinfo.az Qaynarinfo-ya istinadən məlumat verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Nazirin digər əmri ilə Əlfağa Ağayev Dövlət Yanğından Mühafizə Xidmətində Yanğından mühafizə şöbəsinin rəisi təyin olunub.
Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev və baş həkimi Nicat Kərimov vəzifələrindən azad ediliblər. Primeinfo.az TƏBİB-ə istinadən xəbər verir ki, qurumun icraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə sözügedən xəstəxanaya Pərviz Hacıyev rəhbərlik edəcək. Bundan əlavə, tibb müəssisəsinə direktor müavini – baş həkim təyinatı da baş tutub.