Türkiyə təyyarəsinin “qara qutu”ları açıldı - Araşdırma həftəsonu yekunlaşacaq
Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus “C-130” tipli hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”larının analizi bu həftə yekunlaşacaq.
Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus “C-130” tipli hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”larının analizi bu həftə yekunlaşacaq.
“Gürcüstanda qəzaya uğrayan C-130 hərbi-nəqliyyat təyyarəsi ilə bağlı araşdırmalar davam edir”.
Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində hərbi sursat olmayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təyyarədə həlak olanlar Zəfər Günü ilə əlaqədar Azərbaycana getmiş F-16-ların texniki xidmət heyəti olub.
Hindistan KİV-lərində Türkiyənin terror təşkilatlarına dəstək verdiyi barədə yayılan xəbərlər iki ölkə arasındakı münasibətlərə xələl vurmaq məqsədi daşıyır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Bildirilib ki, bəzi Hindistan mediasında Türkiyənin Hindistandakı terror aktları ilə əlaqəli olduğu barədə iddialar əsassızdır: “Türkiyə harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq bütün terror aktlarını qətiyyətlə pisləyir və beynəlxalq əməkdaşlıqla terrorla mübarizədə öncül rol oynayır.
Azərbaycan-Gürcüstan sərhədində qəzaya düşən Türkiyənin hərbi nəqliyyat təyyarəsi C-130-da şəhid olan türk əsgərlərinin nəşlərinin ərazidən çıxrarılmasının videogörüntüləri yayılıb. Primeinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, videoda 10-dan artıq polis və xilasedicinin mühafizəyə alınmış ərazidə fəaliyyət göstərdiyi görülür. Son məlumatlara görə, 19 şəhidin nəşi tapılıb, sonuncunun axtarışı davam edir.
Biz əvvəlcə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, sonra isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla danışdıq. Millətimizlə bərabər azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı da dərindən kədərləndirən bu faciəli hadisəni hərtərəfli araşdırırıq. Gürcüstanın hökumət orqanları bu prosesdə ən yüksək səviyyədə yardım və əməkdaşlığı təmin edir.
Azərbaycan-Gürcüstan sərhədində Türkiyənin hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin nəşi Türkiyənin axtarış-xilasetmə və qəza-təhlil heyətini Gürcüstana aparan A-400M tipli təyyarə ilə ölkəyə aparılacaq.
“Türkiyə hərbi təyyarəsinin Gürcüstan səmasında qəzaya uğramasının başvermə səbəbləri ilə bağlı 3 versiya irəli sürülür: birincisi, təyyarədə texniki nasazlıq baş verib. İkincisi, xaricdən müdaxilə edilib. Üçüncüsü isə təyyarənin içərisində partlayıcı qurğu olub”.
Gürcüstanda qəzaya uğrayan C130 tipli hərbi yük təyyarəsi ilə bağlı hadisə yerinə çatan qəza-araşdırma və axtarış-xilasetmə qrupumuz Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə fəaliyyətini davam etdirir. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, qəza ilə əlaqədar texniki araşdırma və qiymətləndirmə prosesi davam edir.
“Vaxtaşırı bütün lazımi məlumatları ictimaiyyətlə rəsmi kanallar vasitəsilə bölüşürük. Xalqımızı yalan, yarımçıq, rəsmi olmayan xəbərlərə inanmamağa çağırıram”.