Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib - FOTO

23.05.2026 13:02

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib - FOTO

Azərbaycanın Mavritaniyadakı səfiri Tural Rzayev etimadnaməsini Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd uld əş- Şeyx əl-Ğəzvaniyə təqdim edib.

Azərbaycanın Əlcəzairdəki səfirliyindən Primeinfo.az-a verilən məlumata görə, etimadnamənin təqdimetmə mərasimində səfir Tural Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Mavritaniya Prezidentinə çatdırıb. Səfir iki ölkə arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından və qarşılıqlı dəstəkdən söhbət açıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz salamlarını və ən xoş arzularını çatdırılmasını xahiş edən Mavritaniya Prezidenti Əl-Ğəzvani COP-29 çərçivəsində ölkəmizə işgüzar səfərindən və xoş təəssüratlarından danışıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin olduğunu, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq imkanlarının inkişafına maraqlı olduqlarını bildirib.

Azərbaycanın Mavritaniyadakı səfiri etimadnaməsini bu ölkənin Prezidentinə təqdim edib - FOTO

Paylaş: