Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıxanovda sexdə yanğın söndürülüb - YENİLƏNİB

18.05.2026 13:03

Bakıxanovda sexdə yanğın söndürülüb - YENİLƏNİB

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsində sexdə baş verən yanğın söndürülüb.

Primeinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

***

12:47

Sexdə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

***

12:36

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İvan Anaşkin küçəsindəki sexdə yanğın baş verib.

Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

***

 

Paylaş: