Xəbər axtarın

Son axtarış nəticələri:

AAYDA: Bakıda iki yolda asfalt örtüyü yenilənəcək - FOTO

30.06.2026 13:00

AAYDA: Bakıda iki yolda asfalt örtüyü yenilənəcək - FOTO
Bakının iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanma işləri aparılacaq.

Bu barədə Primeinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Hüseyn Cavid prospekti (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) bu gün saat 10:00-dan iyulun 3-ü, saat 07:00-dək yolun frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi işləri həyata keçiriləcək.

Həmçinin, Ayna Sultanova küçəsi (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) iyulun 1-i, saat 08:00-dan iyulun 6-sı, saat 08:00-dək asfalt örtüyünün yenilənməsi işləri aparılacaq.

Agentlik sürücülərdən xahiş edir ki, qeyd olunan tarixlərdə həmin ərazilərdə hərəkətin qismən məhdudlaşdırılacağını nəzərə alsınlar, mümkün olduqda alternativ marşrutlardan istifadə etsinlər və müvəqqəti yol nişanlarının və hərəkətin tənzimlənməsini həyata keçirən əməkdaşların göstərişlərinə əməl etsinlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə sürücülərdən və sakinlərdən anlayış göstərmələri xahiş olunur.

AAYDA: Bakıda iki yolda asfalt örtüyü yenilənəcək - FOTO AAYDA: Bakıda iki yolda asfalt örtüyü yenilənəcək - FOTO

Paylaş: