Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ İranın Xarq adasına gedən gəmini sıradan çıxarıb

03.06.2026 09:34

ABŞ İranın Xarq adasına gedən gəmini sıradan çıxarıb

ABŞ ordusu blokadaya qarşı çıxaraq İranın Xarq adasına getməyə çalışan bir neft tankerini sıradan çıxarıb.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” hesabında məlumat verib.

 

“ABŞ qüvvələri 2 iyunda Ərəbistan körfəzindəki İran limanına çatmağa çalışan boş bir neft tankerini sıradan çıxardı”, – məlumatda deyilir.

Məlumata görə, Botsvana bayrağı altında üzən “Lexie” tankeri İranın əsas neft ixrac terminalı olan Xarq adasına doğru gedirdi.

Ekipaj ABŞ hərbi qüvvələrinin xəbərdarlıqlarını qulaqardına vurduqdan sonra gəminin mühərrik otağına “Hellfire” raketi atılıb.

Paylaş: