
NBA-nın Qərb Konfransının final seriyasının həlledici oyunu keçirilib.
Primeinfo.az xəbər verir ki, “San-Antonio Spörs” “Oklahoma Siti Tander”i 111:103 hesabı ilə üstələyərək finala yüksəlib.
Texas təmsilçisinin heyətində ən məhsuldar oyunçu 22 xalla fransalı mərkəz oyunçusu Viktor Vembanyama olub. Culian Şampeni 20, Stefon Kasl 16, Di’Aron Foks 15, Dilan Harper isə 12 xal toplayıb.
“Oklahoma”nın heyətində isə ən yaxşı göstərici 35 xalla Şey Gilces-Aleksanderə məxsus olub. Keyson Uolles 17, Aleks Karuzo və Cared Makkeyn hərəyə 12, Ceylin Uilyams 11 xalla yadda qalıb.
Qeyd edək ki, “San-Antonio Spörs” seriyanı 4:3 hesabı ilə öz xeyrinə başa vurub. Komanda NBA finalında “Nyu-York Niks”lə qarşılaşacaq.