
Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır.
Primeinfo.az xəbər verir ki, bu barədə Polşa Aeronaviqasiya Xidmətləri Agentliyi məlumat yayıb.
Bildirilir ki, yerdən 3 kilometr hündürlüyədək bütün hava vasitələrinin uçuşları qadağan edilib, 3 kilometrdən yuxarı hündürlükdə uçuş həyata keçirən sərnişin reysləri və sanitar aviasiya adi rejimdə fəaliyyət göstərəcək.
Məlumata görə, məhdudiyyətlər dövlət təhlükəsizliyi səbəbindən tətbiq edilir və 10 iyun–9 sentyabr tarixlərini əhatə edəcək.