Xəbər axtarın

Son axtarış nəticələri:

Prezident DÇ-2026-dakı uğursuzluğa görə istefa verdi

29.06.2026 15:47

Prezident DÇ-2026-dakı uğursuzluğa görə istefa verdi

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişhal DÇ-2026-da milli komandanın uğursuz çıxışından sonra istefa verib.

Primeinfo.az QOL.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“İdarə Heyətindəki həmkarlarımla birlikdə Səudiyyə futbolunun inkişafı üçün əlimizdən gələni etdik və ölkəmizin, azarkeşlərimizin gözləntilərini doğrultmağa çalışdıq. Lakin milli komandanın dünya çempionatının növbəti mərhələsinə yüksələ bilməməsi ümumi hədəflərimizə uyğun nəticə deyil. Buna görə bütün məsuliyyəti üzərimə götürür və yığmamızı daha yaxşı vəziyyətdə görmək istəyən hər kəsdən üzr istəyirəm” – deyə Əl-Mişhal bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı millisi DÇ-2026-nın qrup mərhələsində cəmi 2 xal toplayaraq qrupda sonuncu yeri tutub və pley-off mərhələsinə yüksələ bilməyib.

Paylaş: