Xəbər axtarın

Son axtarış nəticələri:

Qax rayonunda yol nişanlanma işləri aparılır - FOTO

29.06.2026 14:37

Qax rayonunda yol nişanlanma işləri aparılır - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Qax rayonunda yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri davam etdirilir.

Bu barədə Primeinfo.az-a AYNA-dan məlumat verilib.

Qax şəhərinin Heydər Əliyev və Azərbaycan prospektləri, Ü.Hacıbəyli, C.Cabbarlı, M.Müşfiq, S.Vurğun, N.Nərimanov, İ.Mustafayev, S.Qocayev küçələrində üfüqi nişanlanma xətlərinin və piyada keçidlərinin yenilənməsi həyata keçirilir. Ümumilikdə 45 km-dən çox ərazidə xətləmə işləri görülüb. Hazırda Qaxla Şəkini birləşdirən 35 km-lik yolun xətlənməsi aparılır.

Qax rayonunun Tasmalı, Qaratala, Qaysarlı, Ağyazı, Zəyəm, Marsan və Güllük kəndlərində və Qax-Zaqatala yolunda hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları da quraşdırılıb.

Paylaş: