
Britaniyanın analitik şirkəti “Opta”nın superkompüteri DÇ-2026-nın qrup mərhələsinin rəmzi komandasını seçib.
Primeinfo.az “Opta” saytına istinadən xəbər verir ki, Kabo Verde millisinin qapıçısı Vozinya da heyətdə yer alıb.
Rəmzi komandaya həmçinin Marven Senaya (Qana), Pau Kubarsi (İspaniya), Dinej Borjeş (Kabo Verde), Keyto Nakamura (Yaponiya), Ueston Makkenni (ABŞ), Pedro Vite (Ekvador), Lionel Messi (Argentina), Vinisius Junior (Braziliya), Kilian Mbappe (Fransa) və Erlinq Halann (Norveç) daxil edilib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026-ya iyulun 19-da yekun vurulacaq.