Xəbər axtarın

Son axtarış nəticələri:

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI

08.07.2026 13:12

Apteklərdə vaxtı bitmiş 418 qutu dərmanın satışının qarşısı ALINDI
Azərbaycanda yanvar-iyun aylarında yararlıq müddəti bitmiş, saxlanma şərtlərinə riayət edilməyən və dövlət qeydiyyatı olmayan 157 adda, ümumilikdə 418 qutu dərman vasitəsi satışdan kənarlaşdırılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, sözügedən dövrdə aparılan nəzarət tədbirləri çərçivəsində 107 əczaçılıq müəssisəsində ciddi nöqsanlar aşkarlanıb.

Nöqsanlara yol verən müəssisə sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

Paylaş: