
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Bağdadda keçirdiyi görüşlərdən sonra bu gün Kərkükə səfər edib.
Primeinfo.az xəbər verir ki, MİT rəhbərini Kərkük Beynəlxalq Hava Limanında şəhərin valisi Mehmet Seman Ağa qarşılayıb. Bu, İbrahim Kalının Bağdad səfərindən sonra Kərkükə etdiyi ilk ziyarət olub.
İbrahim Kalın Kərkük qalasını, qala ərazisində yerləşən Osmanlı zabitlərinin məzarlığını və Nəbi Daniyal türbəsini ziyarət edib. Səfər zamanı ona tarixi məkanlar barədə ətraflı məlumat verilib, həmçinin dualar oxunub.
MİT rəhbəri keçirdiyi görüşlər çərçivəsində İraq Türkmən Cəbhəsinin (İTC) Kərkükdəki qərargahına da baş çəkib.
Qeyd edək ki, İbrahim Kalın Bağdadda İraq Prezidenti və digər rəsmi şəxslərlə görüşüb. Görüşlərdə təhlükəsizlik, kəşfiyyat sahəsində əməkdaşlıq və terrorla mübarizə məsələləri müzakirə olunub.
View this post on Instagram























