Xəbər axtarın

Son axtarış nəticələri:

Ötən ay sərhəddə 4,8 mln. manatlıq qaçaqmal aşkar olunub - FOTO

01.07.2026 20:36

Ötən ay sərhəddə 4,8 mln. manatlıq qaçaqmal aşkar olunub - FOTO

Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin iyun ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 229 kiloqram 974 qram narkоtik vasitə və 9200 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq (6 halda pilotsuz uçuş aparatı vasitəsilə 47 kiloqram 6 qram narkotik vasitə və 2000 ədəd psixotrop həb) dövriyyədən çıxarılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 830 min 558 manat оlan qaçaqmal, о cümlədən, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Paylaş: