Xəbər axtarın

Son axtarış nəticələri:

Şuşa və Xocavəndə böyük qayıdış: Daha 54 ailə doğma yurduna köçür - FOTO

08.07.2026 10:00

Şuşa və Xocavəndə böyük qayıdış: Daha 54 ailə doğma yurduna köçür - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Şuşa rayonunun Kiçik Qaladərəsi, Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Primeinfo.az xəbər verir ki, bu mərhələdə Quzeyxırman kəndinə 21 ailə 87 nəfər, Güneyxırman kəndinə 18 ailə 72 nəfər, Kiçik Qaladərəsinə isə 15 ailə 51 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş: