
İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlu 17 il üzv olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verdiyini açıqlayıb.
Primeinfo.az bu barədə Türkiyə KİV-nə istinadən məlumat verir.
Əkrəm İmamoğlu “yeni bir yol”la irəliləyəcəyinin mesajını verib: “17 illik Cümhuriyyət Xalq Partiyası üzvlüyümdən istefa verirəm. Bu qərar ölkəmizin gələcəyinə dair inandığım dəyərlərə və millətimizə qarşı daşıdığım məsuliyyətin bir nəticəsidir”.