Xəbər axtarın

Son axtarış nəticələri:

Netanyahu və Sülh Şurası işçi qrupunun yaradılması barədə razılaşıb

17.08.2026 21:41

Netanyahu və Sülh Şurası işçi qrupunun yaradılması barədə razılaşıb

İsrailin Baş naziri Benyamin Netanyahu və Sülh Şurası Qəzza zolağı ilə bağlı iki işçi qrupunun yaradılması barədə razılığa gəlib.

Primeinfo.az xəbər verir ki, bu barədə Netanyahu administrasiyasının mətbuat xidməti onun ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə Qüdsdə keçirdiyi görüşün yekunlarına dair açıqlamasında bildirib.

Məlumata görə, işçi qruplarından biri Qəzzanın tərksilahı və demilitarizasiyası məsələləri ilə məşğul olacaq. İsrail və Sülh Şurası anklavda hər hansı yenidənqurma işlərinə başlanılmasından əvvəl demilitarizasiya prosesinin başa çatdırılmasını vacib hesab edir.

İkinci işçi qrup isə Qəzza əhalisinin sanitariya, təmiz su və digər ictimai səhiyyə problemlərinin həlli məsələlərinə fokuslanacaq.

Bildirilib ki, bu məsələlərin həlli həm Qəzza sakinlərinin, həm də İsrail əhalisinin maraqlarına cavab verir.

Paylaş: