Xəbər axtarın

Son axtarış nəticələri:

“44” bədii filminin premyerası olacaq - FOTO

07.09.2026 16:30

“44” bədii filminin premyerası olacaq - FOTO

1 oktyabr 2026-cı il tarixində Heydər Əliyev Mərkəzində “44” bədii filminin çoxdan gözlənilən premyerası baş tutacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov sosial şəbəkə hesabında bildirib.

Qeyd edilib ki, daha sonra filmin nümayişləri ölkənin kinoteatrlarında davam edəcək.

“Premyera ərəfəsində 12 tizer hazırlanıb və qarşıdakı həftələr ərzində onları sizinlə paylaşacağıq. Bu gün isə diqqətinizə filmin rəsmi posterlər silsiləsini təqdim edirik. İlk tizer artıq sabah paylaşılacaq”, – paylaşımda qeyd olunub.

Paylaş: