Xəbər axtarın

Son axtarış nəticələri:

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib - FOTO

04.09.2026 15:17

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib.

Primeinfo.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İsveçrə, Anar Keykavus oğlu Əcəmov isə Niderlandda fövqəladə və səlahiyyətli səfirləri təyin edilib.

Qeyd edək ki, Vaqif Sadıqov ötən ay Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılıb.

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib - FOTO

“Unikal”ın məlumatına görə, Anar Əcəmov bundan əvvəl Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Avropa idarəsinin müdiri vəzifəsini icra edib, həmçinin, Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri vəzifəsində çalışıb.

A.Əcəmovun atası kimya elmləri doktoru, professor, Əməkdar müəllim Keykavus Əcəmovdur. 1982-ci ildə kimya elmləri doktoru elmi dərəcəsini, 1985-ci ildə isə professor elmi adını alan K.Əcəmov uzun illər Azərbaycan Neft və Kimya İnstitutunda (ADNSU) çalışaraq yüksəkixtisaslı kadrların yetişdirilməsində böyük rol oynayıb. Keykavus Əcəmov 2020-ci ilin dekabr ayında Bakıda vəfat edib.

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib - FOTO

Paylaş: