Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı-Quba yolunda hərəkət MƏHDUDLAŞDIRILIB

07.09.2026 15:38

Bakı-Quba yolunda hərəkət MƏHDUDLAŞDIRILIB

Səhər saatlarından başlayan güclü külək Qubada fəsad törədib.

Primeinfo.az məlumat verir ki, Bakı-Quba yolunun Quba rayonunun Qaraçay kəndi ərazisindən keçən hissəsində iri ağac yola aşıb.

Nəticədə yolun hərəkət hissəsinin bir qismi bağlanıb. Hazırda yolun bir hissəsi açıqdır və nəqliyyat vasitələrinin hərəkəti yol polisi əməkdaşları tərəfindən tənzimlənir.

Hadisə ilə bağlı müvafiq tədbirlər görülür.

Paylaş: