
Türkiyənin Azəbaycandakı səfiri Birol Akgün Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını düşmən işğalından azad etməsinin 108-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Azəbaycandakı səfirliyi “X” hesabında paylaşım edib.
Ziyarətdə Türkiyə səfirliyinin əməkdaşları, hərbi attaşelik, müşavirlər, aidiyyəti qurum və təşkilatların nümayəndələri iştirak ediblər.
Mərasim çərçivəsində səfir Birol Akgün abidələrin önünə əklil, şəhid məzarlarına qərənfil qoyaraq Şəhidlik kitabını imzalayıb.
Nuri Paşa komutasındaki Kafkas İslam Ordusunun Bakü’yü düşman işgalinden kurtarmasının 108. yıldönümü vesilesiyle, Türk ve Azerbaycan Şehitliklerinde, Büyükelçiliğimiz mensupları, Askeri Ataşeliğimiz, Müşavirlerimiz, ilgili kurum ve kuruluşlarımızın temsilcilerinin katılımıyla… pic.twitter.com/twrIEi6dee
— Türkiye in Azerbaijan (@TC_BakuBE) September 15, 2026