Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda güclü külək: 15 ağac sınıb

07.09.2026 21:09

Bakıda güclü külək: 15 ağac sınıb

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Birlikdən Primeinfo.az-a verilən xəbərə görə, sentyabrın 7-si gündüz saatlarından əsən güclü külək nəticəsində 15 ağac sınıb, 20 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.

Paylaş: