Xəbər axtarın

Son axtarış nəticələri:

SİMA-nın yeni maskotu - FOTO

08.09.2026 11:21

SİMA-nın yeni maskotu - FOTO

SİMA rəqəmsal həllər platformasının rəsmi maskotu – “Simi” təqdim edilib. Brendin yeni siması kimi robotik sincab obrazı seçilib.

Primeinfo.az xəbər verir ki, sincab təbiətdəki faydalı resursları toplayan, onları qoruyan zəhmətkeş, çevik, pozitiv heyvan kimi tanınır. Bu xüsusiyyətlər isə rəqəmsal dünyada məlumatların təhlükəsiz şəkildə qorunması və rahat istifadəçi təcrübəsi ilə üst-üstə düşür.

Maskotun hazırlanması xidmət sahəsində trend innovasiyaların tətbiq edilməsi və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilib. Odur ki, SİMA-nın yeni vizual strategiyası rəqəmsal xidmətləri hər kəs üçün daha sadə və əyləncəli yolla izah etməyi hədəfləyir.

Qeyd edək ki, “Simi” tezliklə SİMA-nın bütün kommunikasiya kanallarında və rəqəmsal interfeyslərində istifadə olunacaq. SİMA platforması dostcanlı və sevimli görünüşə malik olan “Simi” ilə texnologiyanı bütün istifadəçi kütlələri üçün daha anlaşılan və səmimi göstərməyi hədəfləyir.

SİMA-nın yeni maskotu - FOTO

 

Paylaş: