
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bayram günlərində “Bakı KOB evi”ndə vətəndaşlara operativ xidmətin göstərilməsini davam etdirir.
Primeinfo.az xəbər verir ki, 22, 25 və 28 mart tarixlərində AYNA-nın əməkdaşları tərəfindən beynəlxalq avtomobil daşımalarını həyata keçirmək üçün daşıyıcılara “İcazə” blanklarının, həmçinin taksi va avtobuslarla müntəzəm şəhərdaxili sərnişin daşımalarını üçün “Fərqlənmə nişanı”nın verilməsi üzrə xidmət göstəriləcək.