Xəbər axtarın

Son axtarış nəticələri:

Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işləri 2028-ci ildə başa çatdırılacaq

16.04.2026 16:29

Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 75%-i tamamlanıb.

Primeinfo.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib.

O qeyd edib ki, Horadiz–Ağbənd dəmir yolu xəttində tikinti işlərinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

“Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75%-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib”, – Şahin Mustafayev əlavə edib.

Paylaş: