Xəbər axtarın

Son axtarış nəticələri:

İran gəmilərin Hörmüzdən keçməsi üçün YENİ QAYDALARI açıqlayıb

06.05.2026 10:00

İran gəmilərin Hörmüzdən keçməsi üçün YENİ QAYDALARI açıqlayıb

İran Hörmüz boğazından gəmilərin keçməsi üçün yeni qaydaları açıqlayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə İranın “IRIB” agentliyi məlumat yayıb.

Qaydalara görə, artıq gəmilər boğazdan keçmək üçün İran hakimiyyət orqanlarına məlumat verməli və boğazdan keçmə qaydaları ilə bağlı elektron məktub almalıdırlar.

İran tərəfinin yeni qaydaları ilə razılaşdıqdan sonra gəmilərə Hörmüz boğazından keçmək üçün tranzit icazəsi verilir. İcazələr yeni hakimiyyət orqanı tərəfindən veriləcək.

Qeyd edək ki, iki gün əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) mətbuat xidməti son vaxtlar ticarət gəmilərinin boğazdan keçmədiyini açıqlamışdı.

Hazırda ABŞ İran limanlarına qarşı dəniz blokadası tətbiq edir. Tehran isə yeni sistem vasitəsilə boğazdakı hərəkəti tam nəzarətə götürərək, yalnız “dost” ölkələrin gəmilərinə keçid icazəsi verməklə cavab addımı atır.

Paylaş: