Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan, Türkiyə, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi - FOTO

03.12.2025 17:16

Azərbaycan, Türkiyə, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi - FOTO

Türkiyənin İzmir şəhərində “Doğu Akdeniz – 2025” (Şərqi Aralıq dənizi – 2025) dəvət təlimi keçirilib.

Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup heyəti, ABŞ-nin terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan Ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər.

Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Qeyd edək ki, dəvət təliminə on doqquz ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar.

Azərbaycan, Türkiyə, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi - FOTO Azərbaycan, Türkiyə, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi - FOTO Azərbaycan, Türkiyə, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi - FOTO Azərbaycan, Türkiyə, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi - FOTO Azərbaycan, Türkiyə, ABŞ və Pakistan hərbçilərinin birgə təlimi - FOTO

Paylaş: